RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Əks-hücum Ukrayna üçün "qan gölməçəsi" olacaq - Orban

Macarıstanın baş naziri bildirib ki, Ukraynanın əks-hücumuna başlamazdan əvvəl tərəfləri atəşkəs və sülh danışıqlarının zəruriliyinə inandırmaq üçün hər şeyi etmək lazımdır.
Sputnik
BAKI, 2 iyun — Sputnik. Əks-hücum Ukrayna üçün "qan gölməçəsi" olacaq, çünki hücum edən tərəf həmişə böyük itkilər verir, ona görə də hələ başlamamış onun qarşısı alınmalıdır. Bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

"Mən özüm il yarım orduda xidmət etmişəm və hərbi akademiyanı bitirmədən öyrəndim ki, hücum edən tərəf müdafiə olunandan üç dəfə çox itki verir", - Orban deyib.

"Ona görə də hesab edirəm ki, Ukrayna əks-hücuma başlamazdan əvvəl tərəfləri atəşkəs və sülh danışıqlarının zəruriliyinə inandırmaq üçün hər şeyi etmək lazımdır, əks halda, çoxlu insan həyatını itirəcək", - o əlavə edib.
Münaqişə başlayandan Macarıstan ardıcıl olaraq Rusiyanın enerji resurslarına qarşı sanksiyalara və Ukraynaya silah göndərilməsinə qarşı çıxıb.
2022-ci ilin martında Macarıstan parlamenti Ukraynaya ölkə ərazisindən silah tədarükünü qadağan edən fərman verib. Budapeşt etnik macarların yaşadığı Transkarpatiya ərazisinin təhlükəsizliyini təmin etməyə çalışır, çünki onun ərazisindən silah tədarükü qanuni hərbi hədəfə çevriləcək. Ölkə rəhbərliyi dəfələrlə vurğulayıb ki, Macarıstan sülh danışıqlarının tez başlamasının tərəfdarıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.