"Yəni skuter idarə edən şəxslər də, skuteri idarə edərkən, mopedlərdə olduğu kimi, yolun sağ zolağı ilə, piyadalara, digər hərəkət iştirakçılarına mane olmadan öz marşrutları üzrə hərəkət edə bilərlər. Skuterlərin idarə edilməsi ilə bağlı ciddi problemlərdən biri odur ki, onu sürənlər başlarına dəbilqə geyinmirlər. Bundan əlavə, skuterlər yeni nəqliyyat vasitəsi olduğu üçün onu idarəedənlərin də peşəkarlığı aşağıdır. Yolda hərəkət edərkən piyada və avtomobillərə dəyirlər. Başlarında dəbilqə olmadığından travma alırlar. Biz həmin şəxslərə izah edirik ki, qanunda skuterlər mopedlərə bərabər hüquqlar verir. Skuteri əyləncə məqsədilə idarə edənlər bilməlidir ki, təhlükəsizlik əsas şərtdir".
"Bulvarda, piyadalar üçün nəzərdə tutulan səkilərdə elektrik skuterlərinin idarə edilməsi qadağandır. Çünki elektrik skuterləri 40-50 kilometrə qədər sürət toplayır. Buna görə də haqlı şikayət ərizələri daxil olur ki, elektrik skuterlərini idarə edənlər bu nəqliyyat vasitələrini vətəndaşların üzərinə sürürlər", - deyə qurum səlahiyyətlidi bildirib.
"On altı yaşdan yuxarı şəxslərə icarəyə verildikdə isə təhlükəsizlik təmin edilməlidir. Çox təəssüf ki, 10-12 yaşında uşaqlar da elektroskuterlər idarə edirlər".
"Bu qadağanın nə vaxt götürüləcəyi isə hələ məlum deyil".