DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kılıçdaroğlu məhkəmə qarşısına çıxarıla bilər

2002-ci ildən CHP sədri olan Kılıçdaroğlunun Türkiyə Böyük Millət Məclisində millət vəkili kimi toxunulmazlığı var.
Sputnik
BAKI, 31 may — Sputnik. Cümhuriyyət Xalq Partiyasının(CHP) sədri Kamal Kılıçdaroğlu prezidentliyə namizəd olduğu üçün 14 may seçkilərində deputatlığa namizəd olmamışdı. Bu səbəbdən deputatlıq hüquqlarından istifadə edə bilməyəcək Kılıçdaroğlunun toxunulmazlığı yeni TBMM and içərək vəzifəyə başladıqdan sonra rəsmən götürüləcək. Son tarixin cümə günü olacağı gözlənilir.
2002-ci ildən CHP sədri olan Kılıçdaroğlunun Türkiyə Böyük Millət Məclisində millət vəkili kimi toxunulmazlığı var. Ancaq 2016-cı ildə Türkiyə Böyük Millət Məclisində edilən konstitusiya dəyişikliyi ilə deputatların o tarixə qədərki iddialar ləğv olunmuşdu. Kılıçdaroğluna qarşı təxminən 60 iddia ləğv olunmuşdu. Bu iddia və araşdırmaların çoxu Kılıçdaroğlunun lehinə yekunlaşıb.
Qalan iddialara Kılıçdaroğlu 2018-ci ildə yenidən millət vəkili seçildikdən sonra xitam verilib.
Kılıçdaroğluna qarşı 2016-cı ildən bu günə qədər prokurorluq tərəfindən hazırlanan iddialarda "cinayət tərkibi" kimi aşkarlansa, onları ittiham aktına çevirib məhkəməyə göndərə biləcək. Məhkəmələrdəki işlər qaldıqları yerdən davam edəcək. Bu halda Kılıçdaroğlu təqsirləndirilən şəxs qismində məhkəməyə gəlməli olacaq. Kılıçdaroğluna qarşı 40-a yaxın iddia olduğu açıqlanıb.
Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri R.T.Ərdoğan 52,18 faiz səslə yenidən dövlət başçısı seçilib. Onun rəqibi, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DÜNYA XƏBƏRLƏRİ
Kılıçdaroğlu cahildir - Ərdoğan CHP liderinin Azərbaycandankənar layihəsi barədə - VİDEO