"Turizm və abidələr fərqli sahərlər olsa da, bir-bir i ilə sıx bağlıdır. Laçına 700-dən artıq ailə köçürüləcək. Həmin insanların ora getməsi xarici ölkə vətəndaşlarının diqqətini cəlb edəcək. Laçında at fiqurları və qoç buynuzları var ki, onlar qəbirlər üzərində qurulurdu. Ermənilər də onları məhv edib. Mən Laçının qurulmasında iştirak edən memarla danışanda ona bildirdim ki, yaxşı olar ki, orada bir park yaradılsın. Həmin parkda həmin fiqurlar yerləşdirlisin, onlar haqqında məlumatlar qeyd olunsun ki, gələcəkdə kimsə tətqiqat işi aparanda onun üçün rahat olsun. Təkcə Laçın yox, Cəbrayılda, Ağdamda, Zəngilanda və digər azad olunmuş ərazilərimdə açıq muzeylər yaradılarsa, bu, həm turzimin inkişafına, həm də tarixi abidələrimizin tanınmasına, eləcə də erməni vandalizminin dünyaya çatdırılmasına faydalı olacaq".
"Komissiyalar, müvafiq qurumlar işləsin, ANAMA o torpaqları təmizləsin. Lakin, həmin bölgələrdə bərpa işləri aparılmasın. Mən bununla bağlı dəfələrlə mediada səsləndirdim. Xarici medianı cəlb etsinlər. Həmin torpaqlara turlar təşkil olunsun. XXI əsrin işğalının nəticəsini görsün bütün dünya. Dünya fotoqrafları, rejissorları bu torpaqlarda çəkilişlər etsinlər. Qoy bütün dünya ermənilərin vandalizminin əyani şahidi olsun. İnanın ki, Hollivuddan da rejissorlar gələrlər. Bütün dünya tanıyandan sonra təmir-bərpa işləri başlasın".
"Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" üçün dövlətimiz tərəfindən bütün zəruri tədbirlər uğurla həyata keçirilir. Həmçinin bu ərazilərdə aparılan bərpa və quruculuq işləri çərçivəsində işğal və zəfər muzeyləri komplekslərinin yaradılması ilə bağlı işlər görülür. Bununla əlaqədar Mədəniyyət Nazirliyi sözügedən muzey komplekslərinin yaradılması məqsədilə müvafiq sahə üzrə təcrübəsi olan yerli və xarici mütəxəssislər ilə sıx əməkdaşlıq edir".