BAKI, 29 may - Sputnik. "Qalib olan türk millətçiləri, atatürkçülər, türk milləti və türk dünyasıdır".
Bunu Türkiyədə birinci turda prezidentliyə namizəd olan "ATA ittifaq"ın namizədi Sinan Oğan "Twitter"də yazıb.
“İndi yeni bir dövr başlayır, qalib türk millətçiləri, Atatürkçülər, türk milləti və türk dünyası, uduzan isə linç mədəniyyəti və terrora bağlı olanlar və onlara güvənənlər oldu”, - Sinan Oğan bildirib.
O qeyd edib ki, Prezident seçkiləri prosesi başa çatıb.
"Bu nəticəyə görə birinci turda dəstəyini əsirgəməyən seçicilərimiz ikinci turda da bizi dəstəkləməyə davam edərək Türkiyənin sabitliyinə səs verdilər. Seçicilərimiz bu səslərin Sinan Oğana verilmədiyini deyənlərin coşqusundan əl çəkdilər, bizə güvəndilər və böyük ölçüdə yerimizi seçdilər. Buradan plana sadiq qalan bütün vətəndaşlarıma minnətdarlığımı bildirmək istəyirəm” - Sinan Oğan vurğulayıb.
Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener prezident seçkilərinin ikinci turunu nəticələri ilə bağlı açıqlama verib.
O, Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib. Onun sözlərinə görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb.
Yener hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.