BAKI, 28 may - Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Instagram hesabında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində əldə etdiyi qələbə ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Сənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”.
Türkiyədə bu gün keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 91,55 faizi sayılıb.
Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,61 faiz səslə öndədir.
“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,39 faiz səs toplayıb.
İki namizəd arasında 2,6 milyondan çox səs fərqi var.