BAKI, 28 may - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbəsi münasibəti ilə təbrik edib.
Bu barədə Paşinyan "Twitter"də bildirib.
O, Ermənistan və Türkiyə arasında münasibətlərin tam şəkildə normallaşacağına ümid etdiyini bildirib.
Bu gün Türkiyədə prezident seçkilərinin II turu olub. Seçki qutularının 99,99% açılıb. Türkiyə Ali Seçki Komissiyasının sədri Ahmet Yener bildirib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 52,14%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.