BAKI, 28 may - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev qardaşım mənə zəng edərək, hər an Türkiyəyə səfər etməyə hazır olduğunu bildirib.
Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan İstanbulda, Üsküdardakı Kısıklı meydanında ölkə vətəndaşlarına müraciətində deyib.
Rəcəb Tayyib Ərdoğan Türkiyə prezident seçkilərinin ikinci turunun bitdiyini və bunun demokratiyanın qələbəsi olduğunu qeyd edib.
O qeyd edib ki, Azərbaycan, Özbəkistan, Liviya və digər ölkə başçıları qələbəni Türkiyə lideri ilə birlikdə qeyd etməyə hazır olduqlarını vurğulayıblar.
Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 91,55 faizi sayılıb.
Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,61 faiz səslə öndədir.
“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,39 faiz səs toplayıb.
İki namizəd arasında 2,6 milyondan çox səs fərqi var.