“Bizim köməyimiz məhz buna, o cümlədən mübahisəli məsələlər üzrə həm Bakıya, həm də İrəvana uyğun balanslaşdırılmış kompromis həll yollarının axtarışına yönəlib. Bu mövzuda Moskvada aparılan danışıqlar tərəflər arasında anlaşmanı yaxşılaşdırmağa və bir sıra məsələlərdə mövqeləri yaxınlaşdırmağa imkan verdi. Biz bundan sonra da bu məqsədlər üçün Bakıya və İrəvana hər cür yardım göstərəcəyik. Ümid edirik ki, belə müntəzəm təmaslar yekun sülh razılaşmalarının əldə olunmasına imkan yaradacaq”, - deyə rusiyalı diplomat bildirib.
“Belə müzakirələr üçün platformamızı təqdim etmək Rusiyanın Bakı ilə İrəvan arasında sülh prosesində konkret nəticələrin əldə edilməsinə yardımının elementlərindən biridir. Biz belə işləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsasını təşkil edən üçtərəfli sazişlərə uyğun olaraq həyata keçiririk”, - deyə rusiyalı diplomat qeyd edib.