BAKI, 26 may — Sputnik. Rusiya ilə ABŞ arasında telefon əlaqəsi mütəmadi baş verir, lakin Vaşinqton münasibətləri "düzəltməyə" hazır olduğunu nümayiş etdirmir.
Bunu "International Affairs" jurnalına müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Rusiya ilə ABŞ arasında bütün müvafiq rabitə kanalları mövcuddur, onlar vaxtaşırı sınaqdan keçirilir. Bu cür rabitə kanallarının işləməsinə əmin olmaq üçün orada müəyyən texniki prosedurlar həyata keçirilir, Moskva və Vaşiqnton arasında telefon danışıqları aparılır. Ancaq biz qarşı tərəfin münasibətlərin düzəlməsinə ciddi şəkildə hazır olduğunu görmürük", - deyə Ryabkov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.