BAKI, 25 may - Sputnik. Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edir.
Eyni zamanda, iclasa videokonfrans vasitəsilə Özbəkistan və Tacikistan prezidentləri də qatılıblar.
Azərbaycan Prezidenti İlham Əliyevi Kremldə həmkarları Vladimir Putin və Aleksandr Lukaşenko səmimi şəkildə qarşılayıblar.
Xatırladaq ki, Prezident İlham Əliyev 2016-cı ildə “RİA-Novosti” agentiyinə müsahibəsində Azərbaycanın Avrasiya İttifaqına üzvlük məsələsinin istisna olmadığını demişdi.
Avrasiya İqtisadi İttifaqı 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistanı da Avrasiya İqtisadi Birliyinə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb. Rəsmi sənədlərdə birliyin qısaldılmış adı Aİİ olaraq keçir. İlkin mərhələdə isə sadəcə Avrasiya İttifaqı adlanırdı.