https://sputnik.az/20230525/prezident-lham-eliyev-ali-avrasiya-qtisadi-surasinin-iclasinda-istirak-edir-455259323.html
Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edir - VİDEO
Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edir - VİDEO
Sputnik Azərbaycan
İlham Əliyevi Kremldə həmkarları Vladimir Putin və Aleksandr Lukaşenko səmimi şəkildə qarşılayıblar. 25.05.2023, Sputnik Azərbaycan
2023-05-25T16:35+0400
2023-05-25T16:35+0400
2023-05-25T16:49+0400
rusiya
prezident ilham əliyev
avrasiya iqtisadi ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e7/05/19/455259094_0:63:1200:738_1920x0_80_0_0_ea08b7a84415e7327ffc5e0440cae1ec.jpg
BAKI, 25 may - Sputnik. Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edir.Eyni zamanda, iclasa videokonfrans vasitəsilə Özbəkistan və Tacikistan prezidentləri də qatılıblar.Azərbaycan Prezidenti İlham Əliyevi Kremldə həmkarları Vladimir Putin və Aleksandr Lukaşenko səmimi şəkildə qarşılayıblar.Xatırladaq ki, Prezident İlham Əliyev 2016-cı ildə “RİA-Novosti” agentiyinə müsahibəsində Azərbaycanın Avrasiya İttifaqına üzvlük məsələsinin istisna olmadığını demişdi.Avrasiya İqtisadi İttifaqı 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistanı da Avrasiya İqtisadi Birliyinə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb. Rəsmi sənədlərdə birliyin qısaldılmış adı Aİİ olaraq keçir. İlkin mərhələdə isə sadəcə Avrasiya İttifaqı adlanırdı.
https://sputnik.az/20230525/rusiya-avrasiya-qtisadi-ttifaqina-inteqrasiyadan-memnundur---putin-455254124.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/19/455259094_67:0:1134:800_1920x0_80_0_0_b3074971b0691d37897cfa74c6830238.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, avrasiya iqtisadi ittifaqı
prezident ilham əliyev, avrasiya iqtisadi ittifaqı
Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edir - VİDEO
16:35 25.05.2023 (Yenilənib: 16:49 25.05.2023) İlham Əliyevi Kremldə həmkarları Vladimir Putin və Aleksandr Lukaşenko səmimi şəkildə qarşılayıblar.
BAKI, 25 may - Sputnik. Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edir.
Eyni zamanda, iclasa videokonfrans vasitəsilə Özbəkistan və Tacikistan prezidentləri də qatılıblar.
Azərbaycan Prezidenti İlham Əliyevi Kremldə həmkarları Vladimir Putin və Aleksandr Lukaşenko səmimi şəkildə qarşılayıblar.
Xatırladaq ki, Prezident İlham Əliyev 2016-cı ildə “RİA-Novosti” agentiyinə müsahibəsində Azərbaycanın Avrasiya İttifaqına üzvlük məsələsinin istisna olmadığını demişdi.
Avrasiya İqtisadi İttifaqı 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistanı da Avrasiya İqtisadi Birliyinə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb. Rəsmi sənədlərdə birliyin qısaldılmış adı Aİİ olaraq keçir. İlkin mərhələdə isə sadəcə Avrasiya İttifaqı adlanırdı.