BAKI, 25 may — Sputnik. 2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 682 nəfər alkoqolizm və alkol psixozu ilə qeydiyyata alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, tibb müəssisələrində qeydiyyatda olan alkoqolizm və alkol psixozu xəstələrinin sayı isə 9793 nəfər olub.
QİÇS
2022-ci ildə ölkədə Qazanılmış İmmun Çatışmazlıq Sindromu (QİÇS) ilə 89 nəfər qeydə alınıb.
Onlardan 18 yaşa qədər 1 nəfər olub. Tibb müəssisələrində qeydiyyatda olanların cəmi sayı isə 2 675 nəfər olub.
Anemiya
DSK-nın məlumatına görə, 2022-ci ildə ilk dəfə anemiya diaqnozu ilə 46 min 770 nəfər qeydə alınıb. Qeyd edilib ki, tibb müəssisələrində anemiya diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı isə isə 39005 nəfər olub.
Qeyd edək ki, ilk dəfə qoyulan diaqnozla 2018-ci ildə 47 min 552, 2019-cu ildə 47 min 912, 2020-ci ildə 43 min 188, 2021-ci ildə 43 min 150 nəfər qeydə alınıb.
Narkomaniya
Qeydiyyatdan olan narkomaniya xəstələrinin sayı açıqlanıb
2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 3 689 nəfər narkomaniya xəstəsi qeydə alınıb.
DSK-nın məlumatında qeyd olunub ki, tibb müəssisələrində qeydiyyatda olan narkomaniya xəstələrinin sayı isə 35 min 97 nəfər olub (APA).