BAKI, 25 may — Sputnik. Ərzaq təchizatı sahəsində bütün məhdudiyyətlər və sanksiyalar aradan qaldırılmalıdır. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"Ehtiyaclı ölkələrdə aclığı aradan qaldırmaq üçün beynəlxalq ərzaq tədarükü ilə bağlı bütün məhdudiyyətlərdən və sanksiyalardan imtina etmək lazımdır. Heç bir siyasiləşdirmə olmadan, ərzaq ilk növbədə ərzaq çatışmazlığından əziyyət çəkən ölkələrə göndərilməlidir", - Patruşev bildirib.
Patruşevin sözlərinə görə, hazırda bir çox ölkələr ərzaq çatışmazlığından əziyyət çəkir: "Qlobal kənd təsərrüfatı bazarlarında hökmranlıq edən transmilli korporasiyalar mövcud vəziyyətə mənfi təsir göstərir".