DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan: 14 may seçkiləri Türkiyə demokratiyasının gücünü göstərdi

Siyasətçi siyasi məqsədlərə nail olmaq üçün separatçılara və terrorçulara yaltaqlanmağın yolverilməz olduğunu vurğulayıb.
Sputnik
BAKI, 25 may — Sputnik. 2023-cü il 14 may prezident seçkiləri və 28-ci çağırış parlament seçkiləri Türkiyədə diktatura ilə bağlı iddialara son qoydu.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" paylaşımında qeyd edib.
"Biz dünyaya göstərdik ki, müəyyən xarici KİV-lərdə dərc olunan yazılarla ictimai rəyi manipulyasiya etmək cəhdləri heç bir nəticə verməyəcək. Türkiyə xalqının iradəsi sarsılmazdır!" - deyə o bildirib.
"Türkiyəyə qarşı dezinformasiya kampaniyasının arxasında öz ölkələrində seçicilərin yarısını belə seçkilərə gətirə bilməyənlər dayanırdı. Mayın 14-də keçirilən seçkilər ölkəmiz haqqında yayılan yalanları dağıtdı", - Türkiyə lideri yazıb.
Siyasətçi siyasi məqsədlərə nail olmaq üçün separatçılara və terrorçulara yaltaqlanmağın yolverilməz olduğunu vurğulayıb.
Türkiyə liderinin sözlərinə görə, 14 may seçkiləri Türkiyə demokratiyasının gücünü göstərdi.
"Mayın 14-də keçirilən seçki 21 il ərzində Türkiyə demokratiyasının hansı səviyyəyə çatdığını göstərdi. Bütün bunlar Türkiyənin 85 milyonluq əhalisinin, siyasi baxışından asılı olmayaraq seçkiyə gələn hər kəsin ortaq uğurudur. Əminəm ki, 28 may seçkiləri sayəsində ölkəmizin nailiyyətlərini birlikdə genişləndirəcəyik", - Ərdoğan yazıb. (Report)
Qeyd edək ki, mayın 28-də Türkiyədə seçkilərin ikinci turu keçiriləcək.