RUSİYA

Belarusda nüvə silahı üzərində nəzarət Rusiyaya aiddir - Şoyqu

Rusiyanın müdafiə naziri qeyd edib ki, gələcəkdə İttifaq dövlətinin təhlükəsizliyini təmin etmək və hərbi-siyasi vəziyyətə cavab vermək üçün əlavə tədbirlər görülə bilər.
Sputnik
BAKI, 25 may — Sputnik. Belarusda yerləşdirilmiş qeyri-strateji nüvə silahlarına nəzarət, ondan da istifadə etmək qərarı Rusiyaya aiddir. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
"Rusiya nüvə silahını Belarus Respublikasına vermir: onlara nəzarət və onlardan istifadə qərarı Rusiyaya aiddir", - Şoyqu Rusiyanın qeyri-strateji nüvə silahlarının xüsusi bölmədə saxlanması prosedurunu müəyyən edən sənədlərin imzalanması zamanı deyib.
Belarus tərəfdən sənədləri müdafiə naziri Viktor Xrenin imzalayıb.
Eyni zamanda, Rusiyanın müdafiə naziri qeyd edib ki, gələcəkdə İttifaq dövlətinin təhlükəsizliyini təmin etmək və hərbi-siyasi vəziyyətə cavab vermək üçün əlavə tədbirlər görülə bilər.