SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri bir həftə sonra görüşəcəklər

Rusiya prezidenti Vladimir Putin deyib ki, baş nazir müavinləri indiyədək həll edilməmiş məsələləri yoluna qoyacaqlar.
Sputnik
BAKI, 25 may - Sputnik. Rusiya Federasiyası, Ermənistan və Azərbaycanın baş nazir müavinləri bir həftə sonra görüşəcək və Qarabağla bağlı texniki məsələləri müzakirə edəcəklər.
Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Cümə axşamı Kremldə Avrasiya İqtisadi İttifaqının sammitindən sonra Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirib.
Daha sonra Putin, Əliyev və Paşinyan üçtərəfli formatda Qarabağdakı vəziyyəti müzakirə ediblər.
"Biz indi razılaşdıq ki, yaxın gələcəkdə, bir həftə sonra - mən həmkarlarımdan bu tarixlə bağlı razılığa gəlməyi xahiş edəcəyəm - Rusiya, Azərbaycan və Ermənistan hökumətlərinin baş nazir müavinləri görüşəcək və həll olunmamış məsələlər aradan qaldırılacaq", - Putin bildirib.
Onun sözlərinə görə, bu, hələlik həll edilməmiş məsələlərin həll olunacağına ümid verir.
"Bir həftəyə razılaşdıq - bu gün cümə axşamıdır... Bir həftədən sonra yaxşıdır?" - Rusiya Federasiyasının prezidenti Əliyev və Paşinyanla vaxtı dəqiqləşdirib.
Azərbaycan prezidenti və Ermənistanın baş naziri baş nazir müavinləri səviyyəsində görüşün bir həftədən sonra keçirilməsinə razılaşıblar.
SİYASƏT
Moskvada Putin, Əliyev və Paşinyan arasında üçtərəfli zirvə görüşü olub - VİDEO