CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Astaranı Antalyaya çevirəcəklər - deputat yeni layihəni açıqladı

Antalya modelinin Astaraya gətirilməsi üçün ilk olaraq regiondakı bələdiyyələrin iş mexanizmi öyrəniləcək.
Sputnik
BAKI, 25 may — Sputnik. Azərbaycanın cənub bölgəsində turizmin inkişafı üçün Antalya modelindən istifadə olunacaq
Bunu Antalyada səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin üzvü, deputat Rəşad Mahmudov deyib.
O bildirib ki, bununla bağlı ikitərəfli danışıqlara başlanılıb:
"İlk mərhələdə türkiyəli iş adamları Astara şəhərinə dəvət olunacaq. Hətta Antalayanın ən böyük bələdiyyələrindən olan - Kəpəz bələdiyyəsi ilə qardaşlıq şəhər anlaşmasının imzalanması nəzərdə tutulur".
R.Mahmudov vurğulayıb ki, ilk olaraq regiondakı bələdiyyələrin iş mexanizmi öyrəniləcək: "Antalya iş adamları Astaraya investisiya qoyaraq turizmin inkişafına töhfə vermiş olacaqlar".
AK partiyasının millət vəkili İbrahim Hətəmtaş isə bildirib ki, iyul ayında Kəpəz bələdiyyəsinin nümayəndə heyətinin Astaraya səfər planlaşdırılır:
"Məqsəd Antalya modelinin Astarada tətbiqi və qardaşlaşmış şəhər anlaşmasının imzalanmasıdır" (Report).