BAKI, 25 may — Sputnik. Avropa İttifaqı Şurası Ukraynadan ixraca gömrük rüsumlarının və kvotaların ləğvinin 2024-cü ilin iyun ayına qədər uzadılmasına dair qətnaməni təsdiqləyib.
Bu barədə TASS Aİ Şurasının bəyanatına istinadən xəbər verir.
Eyni zamanda, qətnamədə Ukrayna taxılının qonşu Aİ ölkələrinə ixracına qoyulan qadağadan bəhs edilmir. O, may ayında Avropa Komissiyası tərəfindən bazarların çox olması səbəbindən tətbiq edilib. Avropa İttifaqı Şurasının fikrincə, bu tədbir Aİ ölkələrinin Kiyevi dəstəklədiyini göstərir.
Bundan əvvəl "Ukrenerqo" Ukraynadan digər ölkələrə elektrik enerjisinin ixracını dayandırdığını bəyan edib. Qeyd olunub ki, dövlət daxili ehtiyacları təmin etməli, axşam saatları üçün ehtiyatlar yaratmalıdır.