BAKI, 24 may — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələr terrorizm və ekstremizmlə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə çox işlər görür. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev birliyə üzv ölkələrdən oan həmkarları ilə görüşdə deyib.
"ŞƏT-ə üzv dövlətlər beynəlxalq antiterror əməkdaşlığa konstruktiv töhfə verirlər. Ölkələrimiz informasiya təhlükəsizliyinin təmin edilməsi, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində fəal təşəbbüslər irəli sürürlər", - o bildirib.
Patruşev xatırladıb ki, indi dövlət başçılarının qərarı ilə ŞƏT-in fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də təşkilatın məqsəd və prinsiplərini bölüşən dövlətlərlə dialoq tərəfdaşlığı institutunun gücləndirilməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.