BAKI, 24 may — Sputnik. Hər il mayın 24-də Rusiya və digər slavyan ölkələrində Slavyan yazısı və Mədəniyyəti Gününü qeyd edirlər. Bayram Slavyan əlifbasının yaradıcıları - müqəddəs Kiril və Mefodinin xatirəsinə həsr olunub.
863-cü ildə Bizans imperatorunun göstərişi ilə yunan qardaşları Böyük Moraviyaya yola düşüblər, burada hökmdar Konstantinopoldan ölkə tərəfindən yeni qəbul edilmiş xristianlığı təbliğ etmək üçün müəllimlər göndərməyi xahiş edib.
Məhz bu hadisə ilə Kirilin slavyan dilinin fonetik xüsusiyyətlərini əks etdirən əlifbanı (qədim əlifba) və slavyan dilində ilk bədii mətnin - İncilin tərcüməsini yaratması əlaqələndirilir.
Qardaşların vəfatından dərhal sonra onlar Müqəddəs sayılıblar. Onların adları Rusiya, Ukrayna, Belarusiya, Bolqarıstan, Serbiya və digər ölkələrin pravoslav xalqları tərəfindən hörmətlə qarşılanır.
Bayramın şərəfinə Moskvada Kiril və Mefodi adına Patriarxal Ədəbi Mükafatının təqdimat mərasimi keçiriləcək. Builki namizədlər arasında rusiyalı kinodramaturq Aleksey Solonitsin, belarus yazıçısı Vyaçeslav Bondarenko, tarixçi-mediyevist Aleksandr Dvorkin də var.
Həmçinin, Qızıl Meydanda aparıcı sənətçilər - Valeri Gergiev, Denis Matsuyev, İldar Abdrazakov və başqalarının iştirakı ilə konsert keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.