AZƏRBAYCAN XƏBƏRLƏRİ

Milli Məclisin nümayəndə heyətinin Serbiyaya səfəri başlayıb

Səfər çərçivəsində Milli Məclis sədrinin Serbiyanın bir sıra rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.
Sputnik
BAKI, 24 may - Sputnik. Mayın 24-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Serbiya Respublikasına rəsmi səfər edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, səfər çərçivəsində Milli Məclis sədrinin Serbiya Prezidenti, bu ölkənin Milli Assambleyasının spikeri və Baş naziri ilə görüşləri nəzərdə tutulur.
Nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edəcək, 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirə qatılacaq.
Parlament nümayəndə heyətinə Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, deputat Əliabbas Salahzadə və digər şəxslər daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.