BAKI, 23 may - Sputnik. Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.
Bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Amil Rəhimov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.
Xatırladaq ki, buna qədər Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsini Vasif Talıbovun qardaşı icra edirdi.
Prezident İlham Əliyev Sərəncamı ilə Sənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib. S.Paşayev ötən il Naxçıvan MR prokurorunun müavini təyin edilmişdi.
Bu ilin yanvar ayının 31-də Səbuhi Zəhmət oğlu Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad olunub. O, prezident İlham Əliyevin 2018-ci ilin mayın 7-si imzaladığı sərəncamla Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilmişdi.