RUSİYA

İsrail Rusiyaya yeni səfir təyin edib

İsrailin xarici işlər naziri Eli Koen Simona Qalperinə yeni vəzifəsində uğurlar arzulayıb.
Sputnik
BAKI, 23 may - Sputnik. İsrail Xarici İşlər Nazirliyinin baş direktorunun müavini Simona Qalperin Rusiyaya səfir təyin edilib. Bu barədə mayın 23-də idarədən məlumat verilib.
Xəbərdə həmçinin bildirilir ki, xarici işlər naziri Eli Koen Qalperinə yeni vəzifəsində uğurlar arzulayıb.
Qalperin həmçinin İsrail Xarici İşlər Nazirliyinin Avrasiya və Qərbi Balkanlar departamentinin rəis müavini vəzifəsini tutur. Onun təyinatı üçün İsrail hökumətinin razılığı lazımdır.
Keçmişdə Qalperin İsrailin Tayvanda, daha sonra Sinqapur və Şərqi Timorda qeyri-rəsmi diplomatik missiyasının rəhbəri vəzifəsində çalışıb.
O, 1969-cu ildə Riqada anadan olub və 1976-cı ilə qədər SSRİ-də yaşayıb.
İsrailin Rusiyadakı əvvəlki səfiri Aleksandr Ben Zvi bu vəzifəni 7 oktyabr 2020-ci ildən icra edir.