RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN: Kiyev dinc əhaliyə qarşı terror hücumlarına başlayıb

Nazirlik təxribat və kəşfiyyat qrupunun Belqorod vilayətinə olan hücumunu şərh edib.
Sputnik
BAKI, 23 may — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin (USQ) Artyomovskdakı uğursuzluğundan sonra Ukrayna hakimiyyəti mülki əhaliyə qarşı terror hücumlarına başlayıb.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov deyib.
"Kiyev rejimi Artyomovsk şəhərində məğlubiyyətə uğrayaraq dinc əhaliyə qarşı terror aksiyalarının həyata keçirilməsinə başlayıb. Mayın 22-də "Kozinka" beynəlxalq keçid məntəqəsi, eləcə də Belqorod vilayətinin Qrayvoron rayonunda bir sıra digər mülki obyektlər intensiv artilleriya atəşinə tutulduqdan sonra Ukrayna Milliyyətçi dəstəsinin bölməsi Rusiya Federasiyasının ərazisinə basqın edib", - deyə Konaşenkov bildirib.
Xatırladaq ki, bu yaxınlarda Pentaqonun rəhbərinin sabiq müşaviri, polkovnik Duqlas Makqreqor Vladimir Zelenskinin Artyomovskı nəyin bahasına olursa-olsun saxlamaq qərarının Ukraynanı fəlakətli nəticələrə gətirib çıxardığını və Ukrayna Silahlı Qüvvələrinin şəhəri tuta bilməməsi Kiyev üçün dönüş nöqtəsi olacağını bildirib.
Ukrayna hakimiyyətinin terror fəaliyyətinə meylli olduğunu bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib. O, rusiyalı yazıçı Zaxar Prilepinə qarşı törədilən terror aktını şərh edərkən deyib ki, ABŞ Ukrayna rejimindən daha bir terror ocağı yaradıb.