DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Orban Ukrayna böhranını həll etməyin yeganə yolunu açıqlayıb

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstan hakimiyyəti Kiyevin hərəkətləri ilə bağlı Aİ-nin Ukraynaya növbəti 500 milyon avro məbləğində maliyyə yardımı tranşının ayrılmasına mane olacaq.
Sputnik
BAKI, 23 may — Sputnik. Ukraynanın münaqişədən qalib çıxa biləcəyi görünmür. Bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
"Rəqəmləri, hazırkı vəziyyəti və NATO-nun Ukraynaya qoşun yeritməyə hazır olmadığını nəzərə alsaq, aydın nəticə ondan ibarətdir ki, Ukrayna döyüş meydanında qalib gələ bilməz", – Orban "Bloomberg"ə müsahibəsində deyib.
Onun fikrincə, Ukrayna böhranını həll etməyin yeganə yolu Rusiya ilə ABŞ arasında razılaşmalara nail olmaqdır.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstan hakimiyyəti Kiyevin hərəkətləri ilə bağlı Aİ-nin Ukraynaya növbəti 500 milyon avro məbləğində maliyyə yardımı tranşının ayrılmasına mane olacaq.
Bundan əlavə, nazir Budapeştin Aİ-nin Rusiya Federasiyasına qarşı növbəti sanksiyalarını dəstəkləmək istəmədiyini açıqlayıb. Eyni zamanda o, Kiyevin qonşusu olan Avropa İttifaqına qarşı getdikcə aqressiv münasibətinə işarə edib.
Bir gün əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell demişdi ki, Ukraynaya yeni maliyyə yardımı tranşının və Rusiyaya qarşı növbəti sanksiyalar paketinin verilməsi təkcə Macarıstan üçün deyil, Aİ-nin bəzi digər ölkələri üçün də bir sıra suallar yaradır.