RUSİYA

Putin: Rusiyanın əleyhdarları ölkəni onlarla kiçik hissələrə bölmək niyyətindədirlər

Rusiya prezidenti bildirib ki, əgər Qərb dövlətlərinin Rusiyanı parçalamaq planı həyata keçərsə, Rusiya xalqının etnik qrup kimi qalması ehtimalı azdır.
Sputnik
BAKI, 19 may — Sputnik. Rusiyanın əleyhdarları Rusiyanı sonradan öz istədikləri kimi idarə edə bilmələri üçün onu kiçik hissələrə bölmək istəyirlər.
Bunu Rusiya Prezidenti Vladimir Putin Millətlərarası Münasibətlər Şurasının iclasında deyib.
"Rusiyanın əleyhdarları deyirlər ki, Rusiyanı onlarla kiçik dövlət qurumuna bölmək lazımdır", - deyə Rusiya prezidenti qeyd edib.
Putin izah edib ki, sonradan Qərb onları öz iradəsinə tabe etmək və istismar etmək niyyətindədir.
Bu yaxınlarda prezident bildirib ki, əgər Qərb dövlətlərinin Rusiyanı parçalamaq planı həyata keçərsə, Rusiya xalqının etnik qrup kimi qalması ehtimalı azdır.