BAKI, 18 may — Sputnik. Cari ilin yanvar-aprel aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 115,2 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,9%-lik artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-fevral aylarında su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 168,1 mln. manat təşkil edib, bu da illik müqayisədə 19,9% artım deməkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 930,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki illə müqayisədə 2,3%-lik artım müşahidə olunub.
2022-ci ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 502,9 mln. manat təşkil edib, bu da illik müqayisədə 48,4% artım deməkdir.
Azərbaycanın neft-qaz sektoruna sərmayələr 29%-dən çox artıb
Cari ilin yanvar-aprel aylarında Azərbaycanın neft-qaz sektoruna 1 708,4 mln. manat həcmində vəsait yönəldirilib ki, bu da illik müqayisədə 29% çoxdur.
DSK-nın məlumatına görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 1 321,1 mln. manat səviyyəsində olub.
Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 400,4 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3% azdır.