RUSİYA

Gürcüstanın baş nazirindən Rusiya ilə hava əlaqəsinin bərpasına münasibət

Gürcüstanın radikal müxalifətinin nümayəndələri bununla bağlı Tbilisi beynəlxalq hava limanında etiraz aksiyası keçirməyə hazırlaşır.
Sputnik
BAKI, 19 may — Sputnik. Rusiyaya birbaşa uçuşların bərpası düzgün addımdır, ancaq sanksiyalar altında olan heç bir Rusiya aviaşirkəti Gürcüstana uça bilməyəcək. Bunu Gürcüstan Baş nazir İrakli Qaribaşvili deyib.
Qaribaşvili mayın 19-dan etibarən Rusiya ilə uçuşların bərpası ilə bağlı sualı cavablandırarkən deyib: "Heç bir şirkət və sanksiyalar altında olan bir təyyarə də Gürcüstana uçmayacaq".
O vurğulayıb ki, Gürcüstan Rusiya ilə ticarət-iqtisadi əlaqələri dayandırmır, çünki bu, gürcü xalqının maraqlarına zərər vura bilər.
"Biz Gürcüstanın Avropa ilə münasibətlərinə xələl gətirməyəcək düzgün addımlar atırıq. Rusiya ilə hava əlaqəsinin bərpası ilə bağlı dəfələrlə avropalı dostlarımıza öz arqumentlərimizi və motivlərimizi vermişik. Gürcüstan hələ Avropa İttifaqının üzvü deyil və Avropa İttifaqının siyasətini həyata keçirmək üçün o, onun üzvü olmalıdır və bu illər keçəcək", - Qaribaşvili bildirib.
Yaxın bir neçə saat ərzində Rusiyanın "Azimut" aviaşirkətinin ilk sərnişin təyyarəsi Moskvadan Tbilisiyə çatmalıdır.
Gürcüstanın radikal müxalifətinin nümayəndələri bununla bağlı Tbilisi beynəlxalq hava limanında etiraz aksiyası keçirməyə hazırlaşır.
Baş nazir Qaribaşvili bu hərəkəti təxribat adlandırıb.
"Tamamilə müflis olmuş müxalifət ikili standartlarla fəaliyyət göstərir. Saakaşvili başda olmaqla müxalifət hakimiyyətdə olarkən, 2008-ci ildə müharibədən dərhal sonra Rusiya ilə iqtisadi əlaqələri bərpa etmək istəyirdi, bununla bağlı açıq bəyanatlar verirdi və bu gün isə onlar Rusiya ilə hər hansı təmasların yolverilməzliyi haqqında danışırlar", - Qaribaşvili bildirib.
Mayın 10-da Rusiya prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb. Prezident başqa bir fərmanla 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qadağa qoyulmasını ləğv edib. Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya tərəfinin qəbul etdiyi qərarları təxribat adlandırıb, hökumət və hakim "Gürcü Arzusu Demokratik Gürcüstan" partiyası isə Gürcüstan vətəndaşlarının Rusiya Federasiyasına vizasız gediş-gəlişi və birbaşa uçuşların mümkünlüyünü alqışlayıb.
Gürcüstanla viza rejimi Rusiya hakimiyyətinin qərarı ilə 2000-ci ildə tətbiq edilib. Eyni zamanda, Gürcüstan 2012-ci ildən ruslar üçün vizaları ləğv edib. Gürcüstan qanunvericiliyinə görə, Rusiya vətəndaşları ölkəyə vizasız səfər edə və respublikada bir ilədək qala bilərlər.
RUSİYA
Gürcüstan Mülki Aviasiya Agentliyi Rusiya aviaşirkətinin müraciətinə cavab verdi