BAKI, 19 may — Sputnik. İndoneziya Rusiyadan gələn turistlər üçün kvota və məhdudiyyətlər tətbiq etmək fikrində deyil.
Bu barədə "TASS" informasiya agentliyi İndoneziyanın Rusiyadakı səfirinin müavini Berlian Helminin "Rusiya-İslam dünyası: KazanForum"u çərçivəsində söylədiklərinə istinadən xəbər verib.
"Xeyr, turistlər üçün, o cümlədən Rusiyadan gələn turistlər üçün heç bir məhdudiyyət olmayacaq. İndi biz hətta xarici ölkələrdən İndoneziyaya, həmçinin Rusiyadan gələn turistlərin sayını artırmağa çalışırıq”, - agentlik səfirinin sözlərini sitat gətirib.
Xatırladaq ki, bu yaxınlarda İndoneziyanın Bali adasının qubernatoru Vayan Koster xarici turistlər üçün kvota sistemi tətbiq etməyə hazır olduğunu açıqlayıb.
Koster kvotaların tətbiqi ideyasının yaranmasının əsas səbəbini xarici turistlərin, xüsusən də rusiyalıların qeyri-münasib davranış və hərəkətlərini adlandırıb.