RUSİYA

Moskva görüş olacaq: Ermənistan XİN rəhbərinin müavinindən açıqlama

Ermənistan xarici işlər nazirinin müavini bildirib ki, mayın 19-da keçiriləcək görüş təsdiqlənib, lakin xarici işlər nazirlərinin üçtərəfli formatda, yoxsa ayrı-ayrılıqda görüşəcəyi hələ məlum deyil.
Sputnik
BAKI, 16 may — Sputnik. Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrovun görüşü mayın 19-da Moskvada baş tuta bilər. Bu barədə Sputnik Ermənistan-a Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan məlumat verib.
Onun sözlərinə görə, görüş Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların növbəti raundu çərçivəsində keçirilə bilər.
"Mayın 19-da keçiriləcək görüş təsdiqlənib, lakin xarici işlər nazirlərinin üçtərəfli formatda, yoxsa ayrı-ayrılıqda görüşəcəyi hələ məlum deyil", - Ovhannisyan bildirib.
Qeyd edək ki, 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.