İDMAN

Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat alıb

Tanınmış azərbaycanlı hakim bu dəfə Şotlandiya - Fransa görüşündə ədaləti qoruyacaq. Sabah baş tutacaq qarşılaşmada ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.
Sputnik
BAKI, 16 may — Sputnik. Azərbaycanlı hakim Elçin Məsiyev 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçiriləcək Avropa çempionatının final mərhələsi oyununa təyinat alıb. FIFA referisi Şotlandiya - Fransa görüşündə ədaləti qoruyacaq.
Mayın 17-də baş tutacaq qarşılaşmada ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.
Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may - 2 iyun tarixlərində Macarıstanda keçiriləcək.
Onu da bildirək ki, 32 yaşlı hakim İsraildə "Hapoel" (Ber-Şeva) və Avstriyanın "Austriya" (Vyana) komandaları arasında keçirilən UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununu idarə edib. Bundan öncə isə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Lüksemburq – İtaliya qarşılaşmasının baş hakimi olub.