İDMAN

Azərbaycan basketbol tarixində ilk yaşanacaq

Azərbaycan, Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3x3 qadın yığmaları, həmçinin, Çinin "Yuanda" və Azərbaycanın "Neftçi" klubu turnirdə mübarizə aparacaqlar.
Sputnik
BAKI, 16 may — Sputnik. Azərbaycan basketbol tarixində ilk yaşanacaq. Belə ki, mayın 20-21-də Astarada qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçiriləcək.
Azərbaycan millisi ilə bərabər, ikisi klub olmaqla ümumilikdə 12 komanda yarışda qüvvəsini sınayacaq. Azərbaycan, Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3x3 qadın yığmaları, həmçinin, Çinin "Yuanda" və Azərbaycanın "Neftçi" klubu turnirdə mübarizə aparacaqlar.
Qeyd edək ki, 3x3 basketbol üzrə dünya qadın seriyasının oyunları Astara şəhər bulvarında keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.