CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtobusların texniki baxışdan keçirilməsi proseduru dəyişib

Dəyişiklik sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı icbari sığorta müqaviləsinin elektron sistemi vasitəsilə yoxlanılması ilə əlaqədardır.
Sputnik
BAKI, 16 may — Sputnik. Nazirlər Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edib.
Dəyişiklik sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı icbari sığorta müqaviləsinin elektron sistemi vasitəsilə yoxlanılması ilə əlaqədardır.
Beləliklə, sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə sərnişinlərinin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq. Bu halda müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.
Bundan əvvəl avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının "İcbari sığortalar haqqında"qanuna uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsi tələb olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.