"Türkiyədə seçkilər güclü siyasi rəqabət şəraitində keçdi, nəticədə - prezident seçkilərinin taleyi ikinci tura qaldı. Təbii ki, əsas namizədlər bütün resurslarını mübarizəyə səfərbər ediblər, ona görə də ikinci tur daha kəskin keçə bilər. Hər iki namizəd - istər Ərdoğan, istərsə də Kılıçdaroğlu - konstitusiyanın dəyişdirilməsindən, gələcək konstitusiya islahatlarından danışırlar, ona görə də bu seçkilər ölkə üçün doğrudan da taleyüklüdür", - ekspert bildirib.
"Belə bir ssenari qətiyyən qəbuledilməzdir. Həm müxalifət, həm də Türkiyə hakimiyyəti vəziyyətin kənardan manipulyasiya edilməsinə imkan verməyəcəklərini açıq şəkildə bildirdilər. Bu ölkədə keçirilən seçkilər müəyyən qədər ölkənin siyasi sisteminin sınağına çevrilib", - deyə Vəlizadə vurğulayıb.