"Biz bunu son dərəcə mənfi qiymətləndiririk, Böyük Britaniya Ukraynaya silah göndərməyə davam edən ölkələr arasında ön sıralarda olduğunu iddia edir. Biz bir daha təkrar edirik ki, bu, xüsusi hərbi əməliyyatın gedişatına hər hansı əhəmiyyətli və əsaslı təsir göstərə bilməz, lakin, əlbəttə ki, bu, münasibətlərin daha da pozulmasına və növbəti cavab hərəkətlərinə gətirib çıxarır.Yəni Ukrayna üçün bu, vəziyyəti xeyli çətinləşdirir", – Peskov Kremlin Britaniya hökumətinin bəyanatına münasibətini jurnalistlərə şərh edərkən deyib.
"Bizim Çin Xalq Respublikası ilə münasibətlərimiz strateji, xüsusi tərəfdaşlıq xarakteri daşıyır və bu, kimdənsə asılılıqla bağlı deyil. Bu, qarşılıqlı maraqların nəzərə alınmasıdır, bu, qarşılıqlı faydadır, bu, beynəlxalq məsələlərə münasibətdə mövqelərin yaxınlığıdır", - Peskov jurnalistlərə bildirib.