"Erkən nikaha daxil olan qızlar ana və uşaq ölümü, təhsildən və inkişafdan məhrum edilmə, sosial və iş imkanlarının məhdudlaşması, məişət zorakılığı kimi ciddi problemlərlə üzləşirlər", - deyə nazirlik rəsmisi bildirib.
"Hamiləlik zamanı yeniyetmələrdə daha tez-tez qan təzyiqinin qalxması (hipertoniya), qan azlığı (anemiya), preeklampsiya dəqiq səbəbi məlum olmayan hamiləliyin 2-ci yarısında qan təzyiqinin qalxması və sidik ilə zülalın itirilməsi (proteinuriya) müşayiət olunur. Bu vəziyyət ağır hallarda ana və körpənin həyatı üçün təhlükə yarada bilər. Yeniyetmələrdə doğuşdan sonrakı depressiya halları da daha tez-tez müşahidə olunur. Doğuş zamanı yeniyetmələrdə çanağın fiziki yetişkənliyi başa çatmadığı səbəbindən obstruktiv doğuş (adekvat doğuş fəaliyyətinə baxmayaraq, doğum kanalında dölün gələcək hissəsinin irəliləyişi müşahidə olunmur), ləng doğuş, qanaxma, həmçinin eklampsiya (çox vaxt dölün və ananın ölümü ilə nəticələnə bilən qıcolmalar) kimi fəsadlara daha tez-tez rast gəlinir".