DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bloomberg: Orban Aİ-nin mövcudluğunun zəruriliyini şübhə altına aldı

Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, Aİ-nin Rusiyaya münasibətdə tətbiq etdiyi tədbirlər yalnız avropalıların özlərinin həyatının pisləşməsinə gətirib çıxarır.
Sputnik
BAKI, 15 may — Sputnik. Öz funksiyalarını yerinə yetirə bilməyən Aİ bizim nəyimizə lazımdır?
Macarıstanın baş naziri Viktor Orban bu məsələni qaldırıb. Siyasətçinin fikrincə, Aİ-nin Rusiyaya münasibətdə tətbiq etdiyi tədbirlər yalnız avropalıların özlərinin həyatının pisləşməsinə gətirib çıxarır.
“Avropa əməkdaşlığının müasir forması iki missiyadan irəli gəlməlidir: sülh və firavanlıq. Əgər o, iki orijinal missiyasını yerinə yetirə bilmirsə, onda Aİ-nin mövcudluğunun nə mənası var?” – deyə “Bloomberg” Macarıstanın baş nazirinin Vesprendə çıxışı zamanı verdiyi bəyanatdan sitat gətirib.
Orban hesab edir ki, Avropa üçün anti-Rusiya sanksiyalarını ləğv etmək, Ukraynanı silah və maliyyə ilə təmin etməyi dayandırmaq barədə düşünməyin vaxtı çatıb.
Brüsselin Macarıstana iqtisadi təzyiqinin artması və Aİ-nin bu ölkəyə 30 milyard dollardan çox yardımdan imtina etməsi fonunda Orbanın anti-Avropa ritorikası daha da güclənib.
Baş nazirin son bəyanatlarından sonra onun Macarıstanın Avropa İttifaqından çıxması üçün mübarizə aparmaq niyyətində olduğu ehtimalı özünü doğrultmuş kimi görünür, lakin xaricdəki bir çox ekspertlər hesab edirlər ki, Orbanın bu cür “yüksək” fikirləri, əksər hallarda, daha əvvəl vəd edilmiş pulları Aİ-dən qoparmaq istəyindən irəli gələn bir oyundur ki, ictimaiyyət qarşısında nümayiş olunur.
Macarıstanın baş naziri bundan əvvəl Ukraynadakı münaqişənin uzanmasına görə möhtəkirlərin, silah istehsalçılarının və Qərb elitasının, o cümlədən milyarder Corc Sorosun məsuliyyət daşıması barədə fikirlərini bölüşüb.