İDMAN

Azərbaycan Premyer Liqasında antirekord təkrarlanıb

XXXIV turun "Neftçi" – "Şamaxı" oyununda qonaqların qolkiperi Rəşad Əzizli öz qapısına qol vurub.
Sputnik
BAKI, 15 may — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə antirekord təkrarlanıb.
Peşəkar Futbol Liqasının rəsmi saytındayerləşdirilmiş məlumata görə, çempionatda 17 dəfə avtoqol qeydə alınıb.
XXXIV turun "Neftçi" – "Şamaxı" oyununda (1:1) qonaqların qolkiperi Rəşad Əzizli öz qapısına qol vurub.
1992-ci ildən keçirilən yarışda ən çox avtoqol 2014/2015 mövsümündə yaşanmışdı. Həmin vaxt oyunçular 17 dəfə topu öz qapılarından keçiriblər.
Beləliklə, antirekord 8 ildən sonra təkrarlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.