DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb öz iqtisadiyyatını dağıdaraq kiçik əhəmiyyətli Ukraynadan “təşəkkür”ə işləyir

Avropa Komissiyası bundan əvvəl Ukraynadan taxılın Şərqi Avropanın beş ölkəsinə ixracına qadağa qoyub, eyni zamanda onun tranzitinə və digər Aİ ölkələrinə çatdırılmasına icazə verib.
Sputnik
BAKI, 14 may — Sputnik. Polşa və digər Qərb ölkələri öz əvəzinə Ukrayna kənd təsərrüfatına güvənirlər ki, bu da Avropa iqtisadiyyatının çökməsinə səbəb olur.
Bu barədə “Myāl Polska” yazır.
Materialın müəllifi hesab edir ki, Ukrayna iqtisadiyyatı və Ukrayna fermerləri Aİ və polyak siyasətçiləri üçün öz sahibkarları və istehlakçılarından daha vacibdir.
“Onlar əhəmiyyətsiz ölkənin prezidentindən , sadəcə, maksimum “təşəkkür” eşitmək üçün ən gülünc fikirlərlə seçilməyə çalışırlar”, - deyə müşahidəçi öz əminliyini ifadə edib.
Ukraynanın “şübhəli keyfiyyətə malik” kənd təsərrüfatı məhsullarının Polşanın və Avropa İttifaqının digər ölkələrinin rəflərini doldurduğunu qeyd edən müəllif bunun malların qiymətlərinin və keyfiyyətinin aşağı düşməsinə səbəb olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu, yerli sahibkarlara ziyan vurur, çünki, onlara öz mallarını maya dəyərindən aşağı satmaq sərfəli deyil.
Bundan əvvəl Avropa Parlamentinin Polşadan olan üzvü Leşek Miller Aİ ölkələrinin bazarına çıxan Ukrayna taxılının keyfiyyətinə şübhə ilə yanaşıb.
Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyanın hakimiyyət orqanları Ukraynadan kənd təsərrüfatı məhsullarının axını səbəbindən öz fermerlərinin böyük itkilərə məruz qaldığını bildiriblər.
Öz növbəsində, Rumıniya hakimiyyəti Ukrayna ərzaq məhsullarının idxalına müvəqqəti qadağa tətbiq edib. Qadağa iyunun 5-dək qüvvədə olacaq.
Xatırladaq ki, Avropa Komissiyası bundan əvvəl Ukraynadan taxılın Şərqi Avropanın beş ölkəsinə ixracına qadağa qoyub, eyni zamanda onun tranzitinə və digər Aİ ölkələrinə çatdırılmasına icazə verib.