BAKI, 13 may - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək görüşün proqramı açıqlanıb.
Avropa İttifaqı mayın 14-də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə danışıqlar aparacağını təsdiqləyib.
Bildirilib ki, görüş Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək.
Danışıqlar yerli vaxtla günortadan sonra başlayacaq.
Üçtərəfli görüşdən əvvəl Ş.Mişel N.Paşinyanla, daha sonra isə Prezident İlham Əliyevlə ikitərəfli görüş keçirəcək.
Mayın 11-də ABŞ dövlət katibi Entoni Blinken Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə Cənubi Qafqazda sülhü müzakirə edib. Entoni Blinken Twitter paylaşımında bu barədə yazıb:
"Aİ Şurasının Prezidenti Şarl Mişellə bu gün Ukrayna üçün dəstəyi, Cənubi Qafqaz sülhünü və bizim transatlantik tərəfdaşlığımızı dərinləşdirməyi müzakirə etmək əladır".
Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyə bilərsiz!