“Ötən il 12-14 sentyabr toqquşması zamanı Nikol Paşinyan “müharibədə məğlub olsaq da ədalətli seçki keçiririk” bəyanatları ilə Avropa dövlətlərini Azərbaycana təzyiq göstərməyə çağırdı. Halbuki 3 ildir uzanan “sülh müqaviləsi” bu il imzalanmasa, sərhədlər açılmasa, Paşinyan sarkisyanlaşacaq, koçaryanlaşacaq. Xankəndi erməniləri ilə birgə yaşayışdan danışan kimi bizi hüquq və azadlıqları pozmaqda suçlayırlar. “Human Rihgts Watch” son 30 ildə Qarabağın demokratiya və azadlıq indeksini ölkəmizdən irəliyə qoyub. Əslində, belə hesabatlar və “Demokratiya zirvələri” işğalçılığın, separatizmin qorunmasına xidmət edir. Misirə, Liviyaya, Yaxın Şərqə inqilab ixrac edənlər yüz minlərlə insanı demokratiyaya görə qətlə yetirdilər."
"Bizə işğal və qeyri-sabitlik doğuran “demokratiya” əvəzinə, azadlıq və torpaq bütövlüyü gətirən təhlükəsizlik gərəkdir. Əslində 44 günlük müharibə həm də Ali Baş Komandan İlham Əliyevə ümumxalq səsverməsi idi və bunun milli iradəni göstərən ən böyük seçim olduğunu hamı bilməlidir”, - deyə komitə sədri bildirib.