"Qaydalara əsaslanan mübahisələrin hüquq çərçivəsində sülh yolu ilə həllinə qarşı hücumlar da güclənir. BMT-nin qanuni orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi böyük təzyiq altındadır. Belə olan halda, neonasist Kiyev rejimi və onun amerikalı ağaları pozulmuş məntiqə əsaslanaraq, Rusiya Federasiyasına qarşı Soyqırımın Qarşısının Alınması Konvensiyasına uyğun olaraq bir iddia irəli sürdülər. Məhkəmə kollektiv Qərbin təzyiqlərinə müqavimət göstərməyib və indiyədək qondarma müvəqqəti tədbirlər tətbiq edib. Eyni zamanda, əsasən Avropa İttifaqı və NATO üzvü olan 30-dan çox ölkə prosesə tərəf kimi daxil olmağa çalışır. Biz bu cür hərəkətləri məhkəmə prosedurlarından açıq-aşkar sui-istifadə, açıq təzyiq cəhdi və şantaj kimi qiymətləndiririk", - Lavrov bildirib.