RUSİYA

Medvedev: Bizim vəzifəmiz dünya düzənini bərabərlik prinsiplərinə qaytarmaqdır

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxış edib.
Sputnik
BAKI, 12 may — Sputnik. Rusiyanın vəzifəsi dünya düzənini bərabərlik prinsiplərinə qaytarmaq, bəzi ölkələrin digərləri üzərində hökmranlığının qarşısını almaqdır.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı bildirib.

"Bu gün bizim vəzifəmiz beynəlxalq münasibətləri öz ilkin mənasına, diqtə və hökmranlıq deyil, bərabərlik və əməkdaşlıq prinsiplərinə qaytarmaqdır", - deyə o bildirib.

Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib ki, ilk növbədə, qanunun "ruhuna və hərfinə", o cümlədən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin ruhuna və hərfinə və ondan irəli gələn "beynəlxalq hüququn əsas prinsiplərinə" hörmət etməyə məcbur etmək" mühüm vəzifədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Rusiya Qərbin hərəkətlərini şantaj və təzyiq cəhdi hesab edir - Lavrov