RUSİYA

Kreml Kılıçdaroğlunun Rusiyaya qarşı ittihamına cavab verdi

Rəsmi Moskva müxalifətdən Türkiyə prezidentliyinə namizədin Rusiyanın bu ölkənin daxili işlərinə qarışması ilə bağlı ittihamlarını rədd edib.
Sputnik
BAKI, 12 may — Sputnik. Moskva Ankara ilə münasibətləri yüksək qiymətləndirir, çünki o, çox məsuliyyətli, suveren və düşünülmüş mövqe tutur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz Türkiyə ilə ikitərəfli münasibətlərimizi çox yüksək qiymətləndiririk. Çünki Türkiyə Respublikası indiyədək üzləşdiyimiz bir sıra regional və dünya problemləri ilə bağlı çox məsuliyyətli suveren və yaxşı düşünülmüş mövqe tutub. Bu mövqe bizim üçün çox cəlbedicidir", - deyə Peskov deyib.

Kreml müxalifətdən Türkiyə prezidentliyinə namizədin Rusiyanın bu ölkənin daxili işlərinə qarışması ilə bağlı ittihamlarını rədd edib:
"Biz dəfələrlə demişik və israr edirik ki, xarici dövlətlərin daxili işlərinə və seçki proseslərinə qarışmırıq".
Kreml sözçüsü əlavə edib: "Biz rəsmən bəyan edirik ki, hər hansı müdaxilədən söhbət gedə bilməz və əgər kimsə cənab Kılıçdaroğluna belə bir məlumat veribsə, deməli, yalançıdır".
Bundan əvvəl media Kılıçdaroğluna istinadən "Twitter"də yazıb ki, Türkiyə prezidentliyinə namizəd "Rusiyanı respublikanın seçkilərinə müdaxilə etməməyə çağırıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.