RUSİYA

Rusiya XİN rusiyalılara Gürcüstana səfərdən çəkinmək tövsiyəsini ləğv edib

Bildirilib ki, Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsi bərpa olunur, bu məsələ ilə bağlı yaxın vaxtlarda Rusiyanın Nəqliyyat Nazirliyi vasitəsilə şərh veriləcək.
Sputnik
BAKI, 10 may — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi rusiyalılara Gürcüstana səfərdən çəkinmək tövsiyəsini ləğv edib.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Federasiyası ilə Gürcüstan arasında birbaşa hava əlaqəsi bərpa olunur, bu məsələ ilə bağlı yaxın vaxtlarda Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi vasitəsilə şərh veriləcək.
Qeyd edək ki, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra Moskva Gürcüstanla viza rejimi tətbiq etmişdi. Mayın 10-da Rusiya Prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejiminin mayın 15-dən etibarən ləğv edilməsi haqqında fərman imzalayıb.
RUSİYA
Putindən Rusiya ilə Gürcüstan arasındakı buzları əridəcək addım