BAKI, 9 may - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan, Türkiyə və Türkmənistan hökumətləri arasında gömrük sahəsində əməkdaşlıq üzrə birgə məşvərət komissiyasının yaradılması haqqında Anlaşma Memorandumu” təsdiqləyib. Müvafiq qərar Türkiyə hökumətinin rəsmi orqanı olan “Resmi Gazete”də dərc olunub.
Sənəd tərəflər tərəfindən gömrük əməkdaşlığı üzrə birgə məşvərət komissiyasının yaradılmasını, bu sahədə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi məqsədilə məlumat mübadiləsini nəzərdə tutur.
Qeyd edək ki, aprelin 27-də memorandumu Azərbaycan prezidenti İlham Əliyev də təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.