BAKI, 7 may - Sputnik. ABŞ prezidentliyinə namizəd hüquqşünas, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu olan kiçik Robert Kennedi müsahibəsində 1963-cü ildə dövlət başçısına sui-qəsddə ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əli olduğunu bildirib.
"Onun qətlində MKİ-nin əli olduğuna dair güclü dəlillər var. Hesab edirəm ki, hazırda bu, ağlabatan şübhələrdən kənardadır", - deyə New York Post onun sözlərindən sitat gətirib.
Kiçik Kennedinin sözlərinə görə, Amerika kəşfiyyatı təkcə qətldə deyil, həm də cinayətin “izlərini ört-basdır etməkdə” iştirak edib.
Kennedi 1963-cü il noyabrın 22-də Dallasda güllələnib. İstintaq müəyyən edib ki, qətli təkbaşına hərəkət edən Li Harvi Osvald törədib. Osvald həbsindən iki gün sonra güllələnib.
Yarım əsrdən çoxdur ki, Kennedinin öldürülməsindən kimin faydalana biləcəyi ilə bağlı çoxsaylı nəzəriyyələr yaranıb, lakin onların heç biri rəsmi şəkildə təsdiqini tapmayıb.