"Vaşinqton danışıqları bir neçə gün çəkdi və hesab edirəm ki, Azərbaycan diplomatiyası uğura imza atdı. Diplomatik mənbələr bildirirlər ki, ilk dəfədir ki, Vaşinqtondakı danışıqlar prosesi zamanı əldə olunmuş razılıqlarda "Dağlıq Qarabağ"dakı ermənilər yerli əhali kimi deyil, etnik azlıq kimi təqdim edilir. Bu faktorun əsasında "Dağlıq Qarabağ"la bağlı danışıqlarda Azərbaycanın gələcəkdə bölgə üzərində tam nəzarətinin təmin edəcəyi qeyd olunur".
"Tərəflərin Vaşinqton görüşündən sonra Rusiyada keçirəcəyi görüş də göstərir ki, Azərbaycan və Ermənistan problemin həll olunmasında Rusiya faktorunu nəzərə alırlar. Burada Vaşinqtonun təkbaşına göstərdiyi səylər kifayət etməyə bilər. Güman edirik ki, Moskva danışıqlarında fərqli format və razılıqlar da əldə edilə bilər. Rusiya Azərbaycan və Qarabağ erməniləri arasındakı münasibətlərdə daha çox nizamlayıcı rol oynayır. Vaşinqton isə uzun müddət sonra münasibətlərin nizamlanması üçün belə mövqe nümayiş etdirir".