"Ümummilli Lider Heydər Əliyev keçmiş münaqişənin həllini ən vacib məsələ kimi xarici siyasət gündəliyində müəyyən etmişdi. Bu istiqamətdə atılmış mühüm addımlardan biri atəşkəsin əldə edilməsi oldu".
"Ümummilli Lider torpaqlarımızın azad olunacağını və xalqımızın öz yurd-yuvalarına qayıdacağını bildirirdi. Bu missiya Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yerinə yetirildi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi. Azad edilən ərazilərimiz dövlət başçısının rəhbərliyi ilə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəal iştirak ilə yenidən dirçəlir. Bu gün üçrəngli bayrağımız azad edilən torpaqlarda qürurla dalğalanır".
"Bu proses soydaşlarımızın əzəli torpaqlarımıza Böyük qayıdışı ilə üst-üstə düşür. Sahibkarlara və investorlara Qarabağda biznes qurmaqda dövlət tərəfindən zəruri dəstək təmin edilir, güzəşt və imtiyazlar verilir. Əminliklə deyə bilərik ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş milli prioritetlər üzrə yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcək islahatlar, ardıcıl tədbirlər sayəsində Azərbaycanda iqtisadi artım meyilləri daha da yüksələcək. Bunu müxtəlif beynəlxalq reytinq agentlikləri və maliyyə qurumlarının ölkəmizin iqtisadiyyatı ilə bağlı müsbət proqnozları da təsdiq edir", - deyə nazir əlavə edib.